Türkiyənin cənub-şərqində Tunceli vilayətində vertolyot qəzaya uğrayıb. Qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər olub.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Tunceli valiliyi məlumat yayıb.
Polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 (Bakı vaxtı ilə saat 12.40) radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.
Vertolyotun Muzur dağları bölgəsinə, 2500 metr yüksəklikdəki əraziyə düşdüyü ehtimal edilir.
Qəzaya dumanlı, yağışlı hava şəraitinin səbəb olduğu güman edilir.
XXX
Qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər şəhid olub. Bu barədə Tunceli valiliyindən açıqlama verilib.
Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.