Türkiyə Avropa İttifaqı ilə bütün miqrant razılaşmalarını yenidən nəzərdən keçirə biləcəyini bəyan edib. Ankara bu ölçüyə blokdan türklər üçün Avropaya vizasız gediş-gəliş əldə etmədiyi təqdirdə əl atacağını aydın edib.
Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu A Haber telekanalına verdiyi müsahibədə miqrant sazişinin və viza liberalizasiyasının paket şəklində müzakirə masasında olduğunu bildirib. Odur ki, bu şərtlərdən biri yerinə yetirilmədiyi halda Türkiyənin sazişə son qoymaq hüququ olduğunu təkrarlayıb.
Çavuşoğlu həmçinin bildirib ki, ölkəsinin hazırda Rusiya ilə problemi yoxdur və Moskva ilə Suriya məsələsində əməkdaşlığı gücləndirməyə can atır.