Şimali Koreyadan ABŞ-ı nüvə silahı ilə təhdid edib. Baki-xeber.com xəbər verir ki, Şimali Koreya xarici işlər nazirinin müavini, Koreya yarımadasına yaxınlaşmaqda olan Amerika donanmasını özlərinə təhlükə kimi görərlərsə, nüvə silahlarından istifadə edəcəklərini bəyan edib.
"Əgər ABŞ təhlükəli bir hərbi variantla qarşımıza çıxarsa, o zaman ilk kart bizim əlimizdə olacaq. Önləyici hücumla buna cavab verəcəyik. Bu müharibə deməkdir" – deyə Koreya rəsmisi bildirib.
Nazir müavini Tramp rəhbərliyini "ölkələrini yox etmək istəməkdə" günahlandırıb və Koreya yarımadasında yüksələn gərginliyə görə ABŞ və Cənubi Koreyanı ittiham edib.
Onu da qeyd edək ki, Şimali Koreya altıncı nüvə sınağını keçirməyə hazırlaşır. Elə bu ərəfədə, ABŞ donanmasına aid bir qrup gəmi, USS Carl Vinson təyyarə gəmisi birlikdə Koreya yarımadasına yönəlib.