NATO Hərbi komitəsinin sabiq başçısı və Bundesverin keçmiş baş müfəttişi Harald Kuyat maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
O deyib ki, Əsəd postunu tərk edərsə, Suriya silahlı qüvvələri dağılar, bu isə İŞİD-lə mübarizədə uduzmaq deməkdir. Eks generalın sözlərinə görə, söhbət onun indiki halda postunu tərk etməsindən deyil, bunun nə zaman və hansı şəraitdə baş verməsindən getməlidir. Rusiyanın hələ 2015-ci ildə Suriyada keçid hökuməti quraraq seçkilər təşkil ediləsilə bağlı tutduğu mövqeni doğru hesab edən Kuyat deyib ki, hazırda hətta G7 ölkələri də Əsədin getməli olduğunu deyir, amma təfərrüatları izah etmir. Avstriya televiziyasının “Talk im Hangar-7” tok şousunda məsələ barədə danışan eks-general deyib ki, hər kəs Əsədin gec-tez məsuliyyətə cəlb olunacağına əmindirsə, bu o deməkdir ki, o, sekilərdə və sülh prosesində iştirak etməyəcək. İndiki halda onun postunu tərk etməsini tələb etmək isə Suriya ordusunun quru qoşunlarından məhrum olması deməkdir ki, bu da anti-İŞİD mübarizəsinin fiaskosu olar.
Baki-xeber.com