İranda prezident olmaq istəyən namizədlərin sayı 287 nəfərə çatıb. Trend-in məlumatına görə, namizədlərdən 13 nəfəri qadındır.
Seçkilərə qatılan namizədlərə yaş məhdudiyyəti qoyulmayıb. Namizədlərin qeydiyyata alınması prosesi aprelin 15-nə qədər davam edəcək.
Seçkilər mayın 19-da keçiriləcək.