Ötən gecə Parisdə Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri Marin le Penin seçki qərargahında yanğın olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “France 24” telekanalı xəbər yayıb. Bildirilir ki, yanğın binanın birinci mərtəbəsində başlayıb və onun ikinci mərtəbəyə keçməsinin qarşısı alınıb. Polis yanğının bilərəkdən törədildiyini güan edir. Telekanal bildirir ki, yanğının məsuliyyətini “Ksenofobiya ilə mübarizə” qrupu öz üzərinə götürüb.