Rusiya prezidenti Vladimir Putin NATO üzvlərinin ABŞ-ın Suriya aviabazasına hücumlarına göstərdiyi münasibəti Çin oyuncaqları ilə müqayisə edib.
"NATO müttəfiqləri necə reaksiya verdilər? Hamı baş verənləri təhlil etmədən Çin oyuncaqları kimi reaksiya verir",- deyə "Mir" telekanalına müsahibə verən Putin belə deyib.
Onun sözlərinə görə Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair dəlil yoxdur.
"Amma beynəlxalq hüququn pozulması faktı var. Bu açıq-aydındır. BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan suveren ölkəyə hücum zərbələri endirlir."
Vladimir Putin bəyan edib ki, Rusiyanın və Suriyanın ünvanına ittihamları eşitmək onun üçün "çox darıxdırıcıdır".
O, növbəti dəfə Suriyanın İdlibdəki kimyəvi hücumlarda iştirak etmədiyini vurğulayıb.
"Bu məsələ ilə bağlı mən bizim gözəl yazarlarımız İlya İlf və Yevgeni Petrovu xatırlayıram. "Qızlar darıxdırıcıdır, biz bunları artıq görmüşük və izləmişik"",-deyə Putin deyib.