Rusiya prezidenti Vladimir Putin Suriyada daha bir kimyəvi hücumun olacağı ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Putin İtaliya prezidenti Sergio Mattarella ilə görüşündən sonra mətbuat konfransında deyib.
“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Suriyanın digər bölgələrində, o cümlədən Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır. Oxşar təxribatlar Dəməşq də daxil olmaqla Suriyanın başqa bölgələrində də hazırlanır. Bəzi maddələr atıb günahı Suriya hökumətinə yıxmağı planlaşdırırlar”, - deyə o bildirib.
Putin ABŞ-ın Suriyada yeni bir hücum hazırlığında olduğunu söyləyib. O, ABŞ-ın Dəməşqin cənubunu vuracağına dair məlumat aldıqlarını ifadə edib.
Putin İraqda yaşanan hadisələrin bənzərinin Suriyada qurulduğunu ifadə edib: "İndi də eyni şeylər olur. Bunlar mənə yazarlarımız İlf və Petrovun bir romanlarındakı sözlərini xatırladır: "Sıxıldım qızlar” demək istəyirəm. Bunların hamısını gördük".
Rusiya Baş qərargahından general Sergey Rudskoy da yaraqlıların Suriya hökumətinə qarşı yeni bir təxribat hazırladığını bildirib. Onun sözlərinə görə, bu məqsədlə Xan Seyhun, Cira hava bazası, Şərqi Guta və Hələbin qərbinə zəhərli maddələr daşınır: "Bunun məqsədi, Suriya hökumətini yenidən kimyəvi hücumda günahlandırmaq və ABŞ-ın yeni hücumlarını təşviq etmək məqsədilə yeni səbəblər hazırlamaqdır".
General ABŞ-ın Suriyaya yeni raket hücumları edə biləcəyi ilə bağlı da xəbərdarlıq edib.
Rusiya Dumasının Müdafiə Komitəsi sədrinin müavini Yuriy Şvıtkin isə Rusiyanın Suriyadakı hərbi birliklərinə hücum ediləcəyi halda buna qarşılıq veriləcəyini deyib.