ABŞ-ın Əsədi vurmasından sonra Rusiya ilə İrandan Vaşinqtona təhdid cavabı özünü çox gözlətmədi.
Baki-xeber.com-un xəbərinə görə, iki ölkədən verilən optaq açıqlamada Əsəd rejiminə qarşı hücumlara “hər cür cavab verəcəyik” – deyə bildirilir. ABŞ-ın Suriyadakı müharibənin yönünü dəyişən son hava hücumunun ardından onun artıq “qırmızı cizgini keçdiyi” bildirilən açıqlamada “bundan sonra hər cür hücuma qarşılıq verəcəyik” ifadələri yer alıb.
Xatırladaq ki, Əsəd rejiminin İdlibin Han Şeyhun qəsəbəsinə kimyasal hücumunun ardından ABŞ Əsəd rejiminə aid hərbi bazaya 59 raket atıb.