Misirin paytaxtı Qahirədən 94 kilometr aralıda yerləşən Tanta şəhərində eyni vaxda iki partlayış olub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, partlayışin biri Müqəddəs Məryəm Kilsəsi önündə, digəri isə şəhər Polisinin yaxınlığında baş verib. Nəticədə 21 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb. Bunun ardınca isə İsgəndəriyyədə bir kilsədə də partlayış olub. Misir Dövlət Televiziyası partlayış nəticəsində yaralıların olduğunu xəbər verib, lakin təfərrüatlar hələlik bəlli deyil.