ABŞ-ın vurduğu Əsəd rejiminin HHQ bazasından gələn foto gündəmi qarışdırıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, fotoda SSRİ dövründən qalma kimyasal silah çəlləklərinə çox bənzəyən görüntülər diqqət çəkib.
Xatırladaq ki, Əsəd rejiminin İdlibdə kimyasal silahdan istifadə etməklə günahsız insanların ölümünə səbəb olmasının ardından ABŞ HHQ Suriyanın Şayrat hərbi bazasını bombardman edərək Əsəd rejiminin azı 20 təyyarəsini məhv edib. ABŞ Müdafiə nazirliyindən Cejj Devis olayla bağlı açıqlamasında Əsədin kimyasal silah bazasının vurulduğunu bildirib.