Aprelin 7-də Stokholmun ərkəzi Drottninqattan küçəsində yük maşını piyadaların üzərinə hərəkət edib.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə azı 4 nəfər ölüb, 15-dən çox yaralı var. İsveç polisi hadisəni terror aktı adlandırıb. “Reuters” artıq hadisə ilə bağlı bir nəfərin saxlandığını xəbər verib.Yerli “Aftonbladet” qəzeti yazır ki, saxlanan şəxs İŞİD-ə simpatiya bəslədiyini etiraf edib. Xəbərə görə, bu, 39 yaşlı Özbəkistan vətəndaşıdır. Başqa paytaxt şəhərində qeydiyyatda olan bu şəxsin İsveçrədə nə müddətdir yaşadığı bəlli deyil.