Rusiya Müdafiə Nazirliyi ABŞ-la qaynar xətt kanallarının işinin dayandırır.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov ABŞ səfirliyinin hərbi attaşesinin nazirliyə çağırıldığını deyib.
"Attaşeyə Rusiya Müdafiə Nazirliyinin Pentaqonla Suriyadakı əməliyyatlar zamanı uçuş təhlükəsizliyinin təmin edilməsilə bağlı razılaşma çərçivəsindəki öhdəliklərini 8 aprel 2017-ci il saat 00:00-da etibarən dayandırdığına dair nota təqdim edilib" – deyə İ.Konaşenkov bildirib.