ABŞ-ın Suriyanın Humus vilayətindəki Şayrat hərbi hava bazasına 59 “Tomahawk” raketi atması Rusiyanı hərəkətə gətirib.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın rəsmi qəzeti “Rossiskaya Gazeta”, rus donanmasına aid Admiral Qriqoryeviç freqatının Suriya sahillərinə doğru yola çıxdığını yazıb.
Rusiyanın Qara dəniz donanmasının sözçüsü qəzetə Admiral Qriqoryeviç freqatının Novorossiysk şəhərindən ayrılıb Aralıq dənizinə doğru yol almağa başladığını söyləyib. Sözçü freqatın Rusiyanın Tartusdakı bazasına oradan isə verilən vəzifələri yerinə yetirmək üçün Suriya sahillərindəki Rusiya gəmi qrupuna qatılacaq.
Admiral Qriqoryeviç freqatının Suriya sahillərinə göndərilməsi, ABŞ-ın Suriyanın Humus şəhərindəki Şayrat hava bazasını vurduğu bir vaxta təsadüf edir. Lakin gəminin Suriyaya buna görə, göndərildiyinə dair rəsmi heç bir açıqlama verilmir.
“Rossiskaya Gazeta” yazır ki, Admiral Qriqoryeviç freqatı bölgədə dəyişən vəziyyətə uyğun hərəkət edəcək.
Qeyd edək ki, Admiral Qriqoryeviç 2016-cı ilin noyabrında Aralıq dənizindən Suriyadakı terrorçu qruplara kruz raketləri atmışdı.