İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu bildirilir.
Polisdən bildirilib ki, baş verən avtoqəza deyil, terror aktıdır.
Təsdiqlənməmiş məlumatlara hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib. Polis hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib, vətəndaşları şəhər mərkəzindən uzaqlaşmağa çağırıb. Hadisədən dərhal sonra metro bağlanıb.
Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb. “Bütün əlamətlər onu göstərir ki, baş verən hadisə terror aktıdır”. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İsveçin baş naziri Stefan Löven deyib.
Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkət avtomobilin qaçırıldığını açıqlayıb.