Suriyada kimyəvi silah istifadəsinin ardından Rusiyadan Moskvanın Əsəd siyasətinin dəyişdiyini göstərən açıqlama gəlib.
Baki-xeber.com-un xəbərinə görə, “Assosciated Press”-ə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “Rusiyanın Bəşər Əsədə dəstəyi sərhədsiz deyil”. Peskov onu da bildirib ki, Kreml kimyəvi silah tətbiqilə bağlı hərtərəfli istintaq aparılmasını tələb edir.