ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələri olması barədə yayılan xəbərləri "ağ yalan" adlandırıb. Trend-in məlumatına görə, "New York Times" qəzetinə müsahibəsində o deyib: "Rusiya ilə məsələ - ağ yalandır. Reallıqla əlaqəsi olmayan bir şeydir".
Tramp bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Raysı vəzifə cinayəti törətməkdə - informasiya yaymaqda günahlandırıb.