ABŞ prezidenti Donald Tramp öz komandasının baş strateqi sayılan Stiven Bennonu Ağ Evin Təhlükəsizlik Şurası üzvlüyündən çıxarıb.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə o, aprelin 5-də sərəncam imzalayıb. Xəbərə görə, Tramp prezidentliyə başlamasından dərhal sonra Bennonu Təhlükəsizlik Şurasına gətirmiş və ictinaiyyətin tənqidlərinə baxmayaraq ona yüksək səlahiyyətlər vermişdi. Hətta 7 ərəb ölkəsindən gələn miqrantlarla bağlı məlum qərarın da Bennonun ideyası olduğu bildirilirdi. O üzdən Trampın son qərarı ictimaiyyətdə geniş maraq doğurub.
Onu da qeyd edək ki, bir siyasətçinin Təhlükəsizlik Şurasına üzv qəbul olunması Ağ Ev tarixində ilk hal idi.