Fransa paytaxtı Parisdə Fələstin torpaqlarının İsrail tərəfindən işgal edilməsinə etiraz olaraq keçirilən aksiyada bir qrup İsrail tərəfdarı Anadolu Agentliyinin müxbirinə hücum edib.
Baki-xeber.com bu barədə “Yeni şafak” qəzetinə istinadən xəbər verir. Xəbərə görə, aksiyanı 40-a yaxın dərnək təşkil edib və məqsəd Fələstin xalqını dəstəkləmək olub. Eyni vaxtda İsrail tərəfdarı olan bir qrup da aksiya keçirib. AA müxbiri Hajer Mtiri foto çəkmək üçün həmin qrupa yaxınlaşdıqda isə hücua məruz qalıb. Lakin polis hücum edənlərə hər hansı müdaxilə etmədən güc tətbiqilə müxbiri ərazidən uzaqlaşdırıb.