ABŞ hökuməti İdlibdə yaşanan dəhşətin bir daha baş verməməsi üçün İran və Rusiyanı Suriya hökumətinə təsir göstərməyə çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Reks Tillersonun müraciətində deyilir. “Biz bir daha İran və Rusiyaya müraciət edərək, öz nüfuzlarından istifadə edib, Suriyada İdlibdəki kimi dəhşətli hücumların olmamasına qarant durmağa çağırırıq”- deyə müraciətdə bildirilir. Qeyd olunur ki, Astana Sammitində Suriyada atəşkəsə qarant durmaq missiyasını üzərinə götürmüş İran və Rusiya İdlibdəki ölümlərə görə ciddi məsuliyyət daşıyır. O, adıçəkilən iki ölkəni həm də “Suriya prezidenti haqda illüziyalardan əl çəkməyə” çağırıb. Bildirib ki, öz xalqına qarşı kimyəvi silahdan istifadə edən kim olursa olsun, məsuliyyətdən qaça bilməz.