Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ Dövlət katibi Reks Tillersonun onunla bağlı zarafatına sarkastik tonda cavab verib.
Baki-xeber.com-un xəbərinə görə, Tillerson aprelin 2-də Brüsseldə NATO ölkələrinin XİN rəhbərlərinin işçi naharı zamanı Rusiya XİN başçısının barəsində zarafat edərək, “Lavrovla tanqo rəqs etməyin mümkün olmadığını” bildirib. Qeyd edib ki, onun rəqs etmək “icazəsi yoxdur.
Tillersonun zarafatını şərh edən Lavrov isə cavab olaraq bildirib ki, “bəli, icazəm yoxdur, çünki anam mənə oğlanlarla rəqs etməyi qadağan edib”.