ABŞ etiraf etməlidir ki, Bəşər Əsədin gələcək taleyi Suriya xalqından asılıdır. O üzdən onun regionda prioriteti Əsədin gedişi deyil, “İslam dövləti” terrorçu təşkilatının darmadağın edilməsi olmalıdır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri gündəlik brifinqdə Ağ Evin mətbuat katibi Şon Speyser səsləndirib. “Reuters”-in bildirdiyinə görə, o deyib ki, ABŞ Əsədlə bağlı siyasi reallıqdan çıxış etməlidir. Onun sözlərinə görə, daha öncəki administrasiyanın regionla bağlı siyasətində bir çox imkanlar əldən buraxılıb. “Birləşmiş Ştatların Suriya və İraq mövzusunda bir sıra prioritetləri var və biz aşkar şəkildə bildirdik ki, İŞİD-in məhvi bu sırada öndə gəlir”- deyə Speyser bildirib.