“Boko-Haram” terrorçu qrupunun üzvləri Nigeriyanın şimal-şərqində 22 qızı oğurlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Guardian” xəbər yayıb. Xəbərə görə, terrorçular iki reyd həyata keçiriblər. Birinci reyd martın 30-da Kamerunla sərhəddə Pulka kəndinə hücumla gerçəkləşib. Onlar sübh tezdın “pikap”larla kəndə girərək 18 qızı oğurlayıb. Daha sonra isə onlardan gizlənmək məqsədilə kolların arxasına sığınan daha 4 qızı ələ keçiriblər. İkinci reyd zamanı onlar kəndə motosikllərlə girib və müqavimət göstərmək istəyən çobanı öldürüblər.
Kənd sakinləri cihadçıların həmin qızları evlənmək məqsədilə qaçırdıqlarını ehtimal edir.