Ukrayna Almaniyadan olan siyasətçinin Krıma səfər etməsi səbəbilə bu ölkəyə nota verib.
Baki-xeber.com-un “24-lenta”ya istinadən xəbərinə görə, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik özünün tvitter səhifəsində alman siyasətçinin Krımı ziyarət etməsinin qanunsuz olduğunu yazıb. Xəbərə görə, söhbət deputat Andreas Mayrerin alman nümayəndə heyətinin tərkibində Krıma səfərindən gedir.