ABŞ-ın Ankara səfirliyi Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edilməsinə aydınlıq gətirib.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfirlik ABŞ və Türkiyə hüquq-mühafizə orqanları arasında yaxın əməkdaşlığın nəticəsi olaraq, ABŞ-ın İstanbul Baş Konsulluğundan Adil Öksüz adına olan bir nömrəyə 21 iyul 2016 tarixində zəng edildiyini bildirilib.
Açıqlamada qeyd edilir ki, Türkiyə ABŞ nümayəndəliyindən Adil Öksüzün Türkiyədən qaçmasının qarşısını almaq üçün kömək istəyib: "Bundan sonra Öksüzün vizasını ləğv etdik və ABŞ qanunları çərçivəsində Öksüzlə əlaqə yaradaraq onu bu barədə məlumatlandırmağa çalışdıq".