Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampın qızı İvankanı Berlində keçiriləcək iqtisadi sammitə dəvət edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Associated Press” özünün Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Merkel bu təklifi Ağ Evə səfəri zamanı səsləndirib.
Xatırladaq ki, Merkelin ABŞ prezidenti ilə görüşü martın 17-də baş tutub və görüşdə ABŞ prezidentinin qızı İvanka Tramp da iştirak edib.