Fransa prezidentliyinə namizəd Marin le Pen Avropa ittifaqının tezliklə yox olacağını bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” bildirib. Xəbərə görə, prezidentliyə namizəd deyib ki, avroittifaq insanların onu istəməməsi səbəbindən dağılmalıdır. “Ambisioz və hegemonçu imperiyalar məhvə məhkumdur”- deyə o, təfəfdarları ilə görüşündə bildirib. Fransa prezidentliyinə namizəd onu da deyib ki, Avroittifaqın “insanlar üçün olan Avropa”ya dəyişilməsini istəyir, bu isə ölkələr arasında sərbəst əməkdaşlığı nəzərdə tutmalıdır.