ABŞ-ın Ohayo ştatının Tsinsinnati bölgəsində “Cameo” gecə klubuna silahlı basqın olub.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında durumu ağır olanların olduğu nəzərə alınarsa, ölü sayının artacağı istisna olunmur.
“NBC News”-a danışan polis yetkilileri fakti təsdiqləyib.