Bu səhər İranın Xorasan vilayətində dumanlı hava şəraiti üzündən zəncirvari qəza baş verib.
Baki-xeber.com-un milliyyet-ə istinadən xəbərinə görə, qəza zamanı 100-dən çox avtomobil toqquşub, nəticədə, ilkin məlumata görə, 1 nəfər həyatını itirib, 89 nəfər isə yaralanıb. İSNA-nın xəbərinə görə, Novruz tətilinin bitməsilə əyalətdən mərkəzə doğru axının olması da qəza səbəblərindən biri olaraq dəyərləndirilir. İran dövlət televiziyasının bildirdiyinə görə isə, ümumən Novruz tətili müddətində yol qəzalarında 160 nəfər həyatını itirib, 3000 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.