“İslam dövləti” terrorçu təşkilatı Çeçenistanda hərbi hissəyə silahlı olayının məsuliyyətini öz üzərinə götürüb
Baki-xeber.com-un xəbərinə görə, bu barədə SITE Intel monitorinq qrupu terrorçu qruplaşmanın “Amaq” informasiya xidmətinə istinadən xəbər verir. Xəbərə görə, bir dəstə silahlı terrorçu martın 24-ü gecə Dağıstanın Naur rayonunda yerləşən hərbi hissəyə basqın edib. Qarşılıqlı atışma nəticəsində 6 hərbi qulliqçu həlak olub, 3 nəfər isə yaralanıb. Terrorçulardan da 6 nəfər məhv edilib, onlardan ikisinin belində “intiharçı kəməri” aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.