Misirin keçmiş prezidenti Hüsnü Mübarək hərbi hospitalı tərk edib və hazırda evindədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Əl-Məsri əl-Yaum” qəzeti eks dövlət başçısının vəkili Fərid əd-Dibə istinadən xəbər yayıb. O deyib ki, Hüsnü Mübarək illərlə sürən istintaq araşdırmasında ona dəstək olan misirlilərə minnətdarlıq ifadə edib.
Xatırladaq ki, martın 13-də Misirin Baş prokurorluğu vəkil Əd-Dibin kassasiya məhkəməsinin bəraət hökmü üzrə təqdim etdiyi vəsatət əsasında Mübarəkin sərbəst buraxılmasına qərar verib.