Ukraynanın paytaxtı Kiyevdə Rusiya Dövlət Dumasının əski millət vəkili silahlı hücum nəticəsində həyatını itirib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bu barədə Kiyev polisinin yetkilisi Andrey Grişenko açıqlama verib. “Sputnik”ə açıqlamasında Qrişenko RF Dövlət Dumasının əski millət vəkili Denis Voronenkovun odlu silahla qətlə yetirildiyini bildirib.
Xəbərdə o da deyilir ki, Voronenkov Rusiyada korrupsiya ittihamı ilə üz-üzə qaldığından Ukraynaya getməyə qərar verib. Onun bu ərəfədə Rusiya vətəndaşlığından da çıxdığı bildirilir.