“Regnum” analitik informasiya agentliyinin Moskvada saxlanan şef-redaktoru Yuri Barançık prezident Putinə siyasi sığınacaq istəyilə bağlı müraciət edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə onun vəkili xəbər verib. Xəbərdə bildirilir ki, Barançık Belarus vətəndaşıdır və Belarus hökumətinin sorğusu üzrə saxlanıb. Onun saxlanma səbəbi isə peşə fəaliyyətilə bağlıdır. Vəkil onu da bildirib ki, jurnalistin ölkəsinə ekstradisiya məsələsilə yanaşı onun “siyasi sığınacaq sorğusu ilə bağlı mövzu” da həllini tapmalıdır.
Qeyd edək ki, ölkəsində Barançiki “milli, irqi və dini düşmənçiliyi və ayrısaçkiliyi təşviq etmə” maddəsi üzrə 12 illik həbs cəzası gözləyir.