ABŞ-ın Florida ştatında 64 yaşlı yerli sakin Riçard Lloyd Hindistandan olan şəxsin mağazasını yandırmağa cəhd göstərib.
Baki-xeber.com-un məlumatına görə, bu barədə yerli NDTV xəbər verib. Xəbərdə bildirildiyinə görə, polis həmin amerikalını həbs etdikdə o, bunu “ərəblərin bu ölkədən rədd olub getməsi üçün” etdiyini deyib. Polisdən bildiriblər ki, Lloyd zibil konteynerinə od vuraraq onu mağazanın önünə gətirməklə yanğın çıxarmaq istəyib və bunu “Amerika üçün” etdiyini deyib.