Böyük Britaniya Birləşmiş Krallığında 2020-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi ciddi hazırlıqlara start verilib.
Baki-xeber.com-un “life.ru”ya istinadən xəbərinə görə, bu hazırlığın ən böyük əks-sədası yeni nazirliyin yaradılması ilə özünü göstərib. Belə ki, “rus hakerlərinin” seçkiyə müdaxiləsindən ehtiyat edən Krallıq hökuməti bu hallara qarşı yeni bir nazirliyin yaradılmasına qərar verib və Baş nazir Tereza Meyin əmrilə yeni nazirlik yaradılıb. “The Times” qəzeti yazır ki, “Britaniya demokratiyasının bütövlüyü və toxunulmazlığı” üzrə fəaliyyət isə Ben Hammerə, yəni yeni nazirə həvalə olunub.
Xatırladaq ki, Rusiya dövlətinin hakerlər vasitəsilə seçki nəticələrinə təsir etməsi ittihamları ötən ilin sonlarında ABŞ prezidenti Donald Trampın seçilməsindən sonra gündəmə gəlmişdi. Bundan sonra, epizodik də olsa, Fransada belə ittihamlar səsləndi.