Almaniya Federativ Respublikasının xarici işlər naziri Tomas de Mezyer Türkiyə ilə Hollandiya arasında baş verən olaya münasibət bildirib.
Baki-xeber.com-un xəbərinə görə, ARD telekanalına mövzu ilə bağlı açıqlamasında o deyib ki, əslində Türk siyasətçilərin Aropada seçkiqabağı təşviqat aparması doğru deyil. Alman nazir elə Türkiyə qanunvericiliyinin də buna imkan vermədiyini bildirib, lakin Hollandiya tərəfinin daha sivil etiraz forması seçməməsinin səbəbini şərh etməyib.