Rusiya prezidenti Vladimir Putinin ABŞ dövlətinin başçısı ilə aylardır gündəmdə olan görüşü iyul ayında Hamburqda keçiriləcək G20 Sammitində gerçəkləşə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN-ə müsahibəsində Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Hamburq Sammiti iki prezidentin iştirak edəcəyi ilk tədbir olacaq.
Xatırladaq ki, 2017-ci ildə G20-yə sədrlik Çindən Almaniyaya keçib. O üzdən növbəti Sammit iyulun əvvəllərində Almaniyanın Hamburq şəhərində keçiriləcək.