Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ankaradakı Rusiya səfiri Andrey Karlovun qətlinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə bağlı ola biləcəyini iddia edir.
Baki-xeber.com xəbər verir ki, bu barədə S.Markov Moskvada keçirdiyi mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, səfirin qətlinin Amerika kəşfiyyatı ilə əlaqəli ola biləcəyilə bağlı səbəblər var: "Barak Obamanın (keçmiş ABŞ prezidenti) Rusiya səfirinin öldürülməsinə göstəriş verdiyini mən düşünmürəm, bunu ağlıma da gətirmirəm. Amma bunu düşünürəm - CIA Obamanın nəzarətindən çıxıb və öz siyasətini yürütməyə başlayıb. Onlar Əl Nusra və Ukraynadakı terrorçularla əməkdaşlıq edir. Bu səbəbdən Karlovun öldürülməsinin Amerika kəşfiyyatı ilə əlaqəli ola biləcəyi barədə şübhələnmək üçün bütün səbəblər var".
Qeyd edək ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov ötən ilin dekabrında sui-qəsd nəticəsində öldürülüb.