Alman hökumətinin üzərində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın fotoları olan bayraqları qadağan etdiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, “Spiegel” jurnalı alman hökumətinin ölkədə fəaliyyəti qadağan edilən PKK terror təşkilatına qarşı mövqeyini sərtləşdirdiyini yazır.
Jurnal yazır ki, Almaniya Daxili İşlər Nazirliyi martın 2-də əyalətlərə və təhlükəsizlik qüvvələrinə 5 səhifəlik yazı göndərib. Daxili işlər naziri Tomas de Maizierenin üzərində terror təşkilatının başçısı Abdullah Öcalanın şəkillərinin olduğu bayraqları qadağan etdiyi qeyd edilir.
Konkret olaraq, bu qadağanın terror təşkilatının Almaniyada təşkil etdiyi nümayişlərdə qaldırılan yaşıl-sarı fon üzərində Öcalanın şəkilləri olan bayraqlarla əlaqədar olduğu bildirilən xəbərdə, bayraqların Almaniyada qadağan edilən terror təşkilatına dəstəyi artırma potensialına diqqət çəkilir.
Qadağa siyahısında olan 33 simvol və logolar arasında PKK-nın Suriya qanadı YPG-nin də simvolu yer alır.
Terror təşkilatı PKK-nın fəaliyyəti Almaniyada 1993-cü ildə qadağan edilib, ancaq təşkilat tərəfdarları bu ölkədə təşkil etdiyi nümayişlərdə sözügedən bayraqlardan istifadə edir.