Liviya parlamenti ölkədəki siyasi tərəflər arasında siyasi həlli nəzərdə tutan Skirat sülh müqaviləsinin ləğv edib. Parlament, silahlı qrupların neft bölgələrinə təşkil etdiyi hücumlara görə siyasi dialoqun lığv edildiyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, libyalılara qarşı döyüşüb, neft quyularını və limanları yandıran qüvvələrlə parlamentdə siyasi dialoqu dayandırmaq qərarı verildiyini söyləyən Liviya parlamentinın Təhlükəsizlik Şurasının sədri Tarik əl Jaruşi, Müsəlman Qardaşları, Əl-Qaidə və Bingazi Müdafiə qruplarının Liviyanın neft bölgələrinə hücum üçün güclərini birləşdirdiyini deyib: "Liviya Prezident Şurasından hücumların dayandırılmasını tələb etdik, ancaq bunun onlarla əlaqəli olmadığı dedilər. Burada bir ziddiyyət var. Əvvəl Milli Birlik Hökuməti, neft müəssisələrinin təhlükəsizliyini qoruyan qüvvələrin başına general İdris Buhmadayı təyin etdi. Ras Lanuf şəhərinin işğalından sonra isə terrorçular şəhərdəki limanın rəhbərliyini Buhmadaya təslim etdi. Çox müəmmalı bir vəziyyət yaranıb...
Ras Lanuf limanının işğalından sonra Prezident Şurası, təyyarələrimizin limanın üzərindən keçişini və yaraqlıların bombalanmasının qadağan edilməsini tələb edir. Bu tələb, İngiltərənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) Liviya hava sahəsinin bağlanılması ilə bağlı təqdim etdiyi qərar layihəsinin ardından daha yüksək səslə deyilməyə başlandı. Bu şəkildə liviyalıların və parlamentin onlara itaət etməsini istəyirlər. Beləliklə çörəyə qarşılıq neft satmaq məcburiyyətində qalacağıq və ölkəmiz, İraqla eyni aqibəti yaşayacaq".
Artıq bu ssenarinin işə düşdüyünü söyləyən Əl Jarushi deyir ki, İtalyanın Misratada terrorçuların müalicə aldığı xəstəxanası var: “Əl Qaidənin tanınmış komandirləri orada yatır. İtaliya və İngiltərə neft limanlarında nəzarəti ələ almağa çalışır, son günlər baş verən hücumların arxasında da onlar dayanır".