Gürcüstanın Daxili İşlər Nazirliyi “oğru dünyası”na qarşı qanunvericiliyin kəskinləşdirilməsini təklif edib. Bu barədə, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə idarələrarası koordinasiya şurasının nazirliyin akademiyasında keçirilən iclasında bildirilib.
Məlumatı “Azadlıq radiosu”nun ekhokavkaza.com saytı martın 9-da “Quruziya online” saytına istinadla yayıb.
İclasda şuraya daxil olan Daxili İşlər Nazirliyi, Baş prokurorluq, Cəzaların icrası və probasiya nazirliyi, Təhsil və elm nazirliyi,həmçinin qeyri-hökumət sektorunun nümayəndələri iştirak ediblər.
Görüşdə 2017-2020-ci illərdə mütəşəkkil cinayətkarlıqla mübarizə ilə bağlı milli strategiya layihələri və 2017-2018-ci illər üçün hərəkət planı təqdim olunub.
Bu sənədləri şuraya daxil olan qurumlarla birlikdə Daxili İşlər Nazirliyinin tədqiqat və inkişaf departamenti hazırlayıb.
İclasda həmçinin Daxili İşlər Nazirliyinin “Oğru dünyası” və “Qanuni oğru”lara qarşı qanunvericiliyin kəskinləşdirilməsi ilə bağlı təşəbbüsünə də baxılıb.