Cenevrədə keçiriləcək Suriya ilə bağlı müzakirələrin növbəti raundunun tarixi açıqlanıb.
Baki-xeber.com-un “İnterfax”a istinadən xəbərinə görə, BMTBaş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura müzakirələrin beşinci raundunun martın 23-də keçirilməli olduğunu bildirib. Bu barədə o, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşməsinin yekunlarına dair brifinqdə çıxışında bildirib. Mistura deyib ki, martın 22-də artıq nümayəndə heyətlərinin gəlişini gözləyir.