Miqrantlara qarşı sərt münasibət göstərən Macarıstan, Serbiya sərhədində inşa edilən ikinci sərhəd məftillərinə elektrik verməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, hökumət sözçüsü Zoltan Kovaç, məftillərin sığınacaq axtaran şəxslərin axınını dayandıraraq, yalnız Macarıstanı deyil, Avropa Birliyini (AB) də qoruyacağını bildirib.
150 kilometrlik sərhədi əhatə edən məftillərin çəkilməsinin mayın 1-ə kimi yekunlaşacağı planlaşdırılır. Kamera və digər texnologiyalarla təchiz edilən sərhədi məftillərinə insan həyatını təhlükəyə atmayan elektrik də veriləcək. Bu sistem sayəsində mərkəz və nəzarətçilər miqrantların haradan sərhədi keçməyə çalışdığına dair məlumat ala biləcəklər.
Macarıstan, miqrantların Qərbi Avropaya keçmək üçün istifadə etdiyi ən əhəmiyyətli yollardan biridir. Budapeşt rəhbərliyi, Serbiya və Xorvatiya sərhədlərinə tikanlı məftillərinə çəkib, bölgədə fövqəladə vəziyyət elan edərək qanunsuz keçidə görə cəzaları da artırıb. Sərhədlərdəki əsgər və polislərin də sayı artırılıb.
Qeyri-hökumət təşkilatları isə Macarıstanın sərhəd işçilərinin ölkəyə girən miqrantlara zor tətbiq edərək Serbiyaya göndərdiyini bildirir.