Ukrayna Rusiya ilə yaşadığı gərginliyi Haaqa Beynəlxalq Məhkəməsinə çıxarıb. Baki-xeber.com “Euronews” istinadən xəbər verir ki, Ukrayna yanvarda Beynəlxalq Məhkəməyə Rusiya əleyhinə ərizə göndərərək iddia qaldırıb.
İddia ərizəsində Krımın qeyri-qanuni ilhaqı və ölkənin şərqində davam edən müharibədən bəhs edilir...
Ərizədə həmcinin, Ukraynanın şərqində 2014-cü ilin iyulunda vurulan Malayziya hava yollarına aid sərnişin təyyarəsinin Moskva tərəfdarı separatçılar tərəfindən vurulduğu iddia edilir.
Məhkəmənin əhəmiyyətinə toxunan mütəxəssislərin fikrincə, əvvəllər beynəlxalq səviyyədə Rusiyanın Krımı ilhaqına dair yetərli məhkəmə dəlili yox idi: “İndi Haaqa məhkəməsi bu mövzuda Qərbə Moskvanın və Putinin hədələrilə bağlı bir dəlil təqdim edə biləcək".