Türkiyə-Suriya sərhədində vurulan Suriya Ordusuna məxsus təyyarənin pilotu 9 saatlıq axtarışlardan sonra paraşütün tapıldığı ərazidən 500 metr aralıda yaralı vəziyyətdə aşkarlanıb.
Baki-xeber.com bu barədə “Habertürk”ə istinadən xəbər verir. Xəbərdə deyildiyinə görə, hadisənin baş verdiyi Türkiyənin Hatay vilayətinin valisi Ərdal Ata həmin ərazidə düşən təyyarənin fraqmentləri də tapılıb.
Yaralı pilot xəstəxanaya qaldırılıb.