Avropa Parlamenti ABŞ vətəndaşlarına qarşı viza rejimi tətbiq edilməsini nəzərdə tutan qətnamə qəbul edib. Avropa Parlamenti bildirib ki, ABŞ 5 Avropa Birliyi ölkəsinin vətəndaşlarından viza tələb etdiyinə görə Avropa Birliyi ABŞ vətəndaşlarına qarşı vizasız rejim ləğv edilməlidir.
Baki-xeber.com xəbər verir ki, Avropa Birliyi ilə vizasız rejim razılaşmasına baxmayaraq, ABŞ-ın birlik üzvü Bolqarıstan, Xorvatiya, Kipr, Polşa və Rumıniyanı bu proqrama daxil etməməsi Avropa Parlamentini (AP) hərəkətə gətirib.
AP Mülki hüquqlar, ədalət və daxili işlər Komissiyasında keçirilən səs vermədə ABŞ vətəndaşlarına tətbiq olunan vizasız rejiminin ləğv edilməsilə bağlı qərar verilib.
Qətnamənin icrası məcburi deyil və üzv ölkələrin bunu təsdiqləməsi illərlə vaxt apara bilər.
Amma sənəddə tezliklə ABŞ-qa qarşı yeni viza qaydaları tətbiq edilmsi və ABŞ-ın viza tələbi qaldırılmayınca onun qalması nəzərdə tutulur.
Avropa Parlamentinin bəyanatında deyilir ki, Avropa Komissiyası qanunla qarşılıqlı viza siyasətinə görə yeni müvəqqəti viza qaydaları tətbiq etməlidir.
Bəyanatda bildirilir ki, Kanada da Bolqarıstan və Rumınya vətəndaşlarından hazırda viza tələb edir, amma bu ölkə dekabrda bu tələbin ləğv olunacağını bildirib.
Komissiyanın qərarından sonra Avropa Komissiyasının da amerikalıları vizasız rejim proqramından çıxarması lazımdır. Ancaq Avropa Şurası, ya da AP-nin bu qərara mane olacaqı ehtimal edilir.
Qeyd edək ki, Bolqarıstan, Xorvatiya, Kipr, Polşa və Rumıniya vətəndaşlarının hazırda ABŞ-agetmələri üçün viza tələb olunur.