Almaniya, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın görüşünün ləğv edilməsinin ardından Ankara ilə Berlin arasında yaranmış diplomatik gərginliyi artıran daha biri addım atıb.
Baki-xeber.com xəbər verir ki, bu dəfə də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekcinin Köln şəhərində keçirəcəyi görüş ləğv edilib.
Məlumata görə, görüş, salonu işlədən şirkət tərəfindən ləğv edilib. Polisin açıqlamasına görə, “Golden Palast” adlı salonu işlədən şəxs, bazar günü keçiriləcək görüşün salonda keçirilməsinə icazə verməyəcəyini bildirib. Qeyd edilir ki, yer sahibi ilə icraçı arasındakı müqavilədə salonda siyasi tədbirlərin keçirilməməsi yer alıb.
Bundan əvvəl, Zeybekcinin görüşü Köln-Porz bələdiyyə salonunda keçirilməsi planlaşdırılırmış, ancaq bələdiyyə buna icazə verməmişdi.