Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanı ikili standartlar tətbiq etməkdə təqsirləndirib. Trend-in məlumatına görə, nazir Almaniyanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın tədbirdə çıxışını ləğv etdiyinə görə kəskin tənqid edib.
M.Çavuşoğlu deyib: “Əgər Almaniya Türkiyə ilə münasibətləri saxlamaq istəyirsə, özünü aparmağı öyrənməlidir”.
Qeyd edək ki, ötən gün Almaniyanın Baden-Vürtemberq federal torpağının rəhbərliyi Bəkir Bozdağın tədbirdə çıxışını ləğv edib.