Meksikanın qərbində - Herrero ştatında rusiyalı turistlər silahlı basqına məruz qalıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya Konsulluğunun Facebook səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, icarəyə götürdükləri avtomobillə Akapulkodan Mexikoya gedən turistlərın qarşısını tüfəng və zopalarla silahlanmış bir qrup şəxs kəsərək, onların üzərindəki pulları, elektron cihazları, telefonları və çemodanlarını götürüb aradan çıxıblar. Xəbərdə deyilir ki, turistlər xəsarət almayıb, yalnız başları üzərindən bir neçə güllə atılmaqla qorxudulublar.
Hazırda Rusiya səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verməyə hazırlaşır.