ABŞ-ın yeni seçilmiş daxili işlər naziri Rayan Zinke andiçməsinin ardından maraqlı hərəkəti ilə diqqətləri üzərinə çəkib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə. andiçmə mərasiminin ertəsi günü vəzifəsinin icrasına başlayacaq nazir işə kovboy obrazında – at belində gəlib. Bu görünüşdə çəkilən fotolarını isə o, özünün Twitter səhifəsində yerləşdirib.
Yerli “Hill” qəzeti yeni nazirin bu hərəkətini özünün konservativ mövqe tutduğunu nümayiş etdirmək cəhdi adlandırıb.